Prezidentin köməkçisi azad olunmuş ərazilərə səfər etmiş əcnəbi səyyahlarla görüşüb

Prezidentin köməkçisi azad olunmuş ərazilərə səfər etmiş əcnəbi səyyahlarla görüşüb
# 19 iyun 2022 22:03 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev "Most Traveled People" (Ən çox səyahət edənlər) səyahətçilər klubunun üzvləri ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Hikmət Hacıyev "Twitter" hesabındakı paylaşımında qeyd edib.

"Most Traveled People" Klubunun üzvləri ilə görüşməkdən məmnun oldum. Səyahətçilər Kəlbəcərdən Şuşayadək azad edilmiş ərazilərə səfər etdilər və erməni işğalının, vandalizminin miqyasına və dağıntılarına şahid oldular. Həmçinin, Azərbaycanın yenidənqurma və şəhər inkişafının sürətinə heyran oldular",- deyə Hikmət Hacıyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR