Prezidentin köməkçisi Hikmət Hacıyev İsrail və Britaniya səfirləri ilə görüşüb - YENİLƏNİB

Prezidentin köməkçisi Hikmət Hacıyev İsrail və Britaniya səfirləri ilə görüşüb - YENİLƏNİB
# 27 yanvar 2023 17:46 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

APA xəbər verir ki, bu barədə britaniyalı diplomat “Twitter”də bildirib.

“Prezidentin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik”, - səfir vurğulayıb.

***

16:07

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

APA xəbər verir ki, bu barədə İsrail diplomatı "Twitter"də bildirib.

O, bu gün Hikmət Hacıyevlə vacib görüş keçirdiyini qeyd edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bəyan etdim”, - səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR