Putin Qarabağdakı Rusiya sülhməramlılarına təşəkkür edib

Vladimir Putin

© APA | Vladimir Putin

# 21 dekabr 2021 15:26 (UTC +04:00)

“Artıq bir ildən çoxdur ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda sabitliyin qorunmasına yardım edir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında bildirib.

V. Putinin sözlərinə görə, sülhməramlıların səyi nəticəsində humanitar vəziyyət böyük ölçüdə yaxşılaşıb, bir sıra rayonların ərazisi minalardan təmizlənib, sosial infrastruktur obyektləri bərpa edilib, tarix və mədəniyyət abidələri qorunub saxlanılıb.

"Sülhməramlı tapşırıqları yerinə yetirən şəxsi heyətə peşəkarlığına, dözümlülüyünə və əzmkarlığına görə təşəkkür etmək istəyirəm", - Rusiya Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR