Putin: “Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub”

Prezident İlham Əliyev, Vladimir Putin

© APA | Prezident İlham Əliyev, Vladimir Putin

# 16 sentyabr 2022 19:20 (UTC +04:00)

Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi bizim hamımızı narahat edir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

“Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub. Lakin orada vəziyyət əvvəlki kimi gərgindir”, - deyə Putin qeyd edib.

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib: “Dünən axşam mən Ermənistanın baş naziri ilə danışdım – siz bu barədə bilirsiniz, mən sizə demişəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR