Putinlə Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib

Paşinyan, Putin

© APA | Paşinyan, Putin

# 12 yanvar 2022 12:58 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Qarabağ və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında nəzərdə tutulan məsələlərin icrası müzakirə edilib.

“Qarabağ ətrafındakı hazırkı durum və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında yer alan bəzi məsələlərin reallaşması müzakirə edilib”, - Kremlin açıqlamasında deyilir.

Telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin Qazaxıstandakı fəaliyyəti də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR