Qaribaşvili: Gürcüstan Azərbaycanla Ermənistan arasında həqiqətən neytral və qərəzsiz vasitəçidir

Qaribaşvili: Gürcüstan Azərbaycanla Ermənistan arasında həqiqətən neytral və qərəzsiz vasitəçidir
# 19 yanvar 2023 19:01 (UTC +04:00)

“Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, onu deyə bilərəm ki, Gürcüstan həqiqətən neytral, obyektiv və qərəzsiz vasitəçidir”.

APA xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda deyib.

“Üçtərəfli görüşlərin təşkil olunması bizim marağımızdadır. Çünki bu region bizə - Azərbaycana, Ermənistana və Gürcüstana məxsusdur. Biz həqiqətən bu regionu imkanlar regionuna, sülhün, stabilliyin və çiçəklənmənin olduğu regiona çevirmək istəyirik. “Soyuq müharibə” vaxtı belə bir deyim var idi: İnan, amma yoxla! Davosda isə mən başqa bir deyim eşitdim: İnanma, amma əməkdaşlıq et! Mən əməkdaşlığa inanıram”, - Gürcüstan Baş naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR