Qaribaşvili: Gürcüstan regionda uzunmüddətli sülhdə maraqlıdır

Qaribaşvili: Gürcüstan regionda uzunmüddətli sülhdə maraqlıdır
# 12 yanvar 2023 18:06 (UTC +04:00)

Gürcüstan hökuməti və xalqı regionda uzunmüddətli sülhdə maraqlıdır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının İrəvanda keçirilən iclasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib:

“Bizim hökumətimiz və ölkəmiz, xalqımız regionda uzunmüddətli sülhdə maraqlıdır”.

Qaribaşvili Gürcüstan hökümətinin dinc qonşuluq platformasının yaradılması təşəbbüsünün də bu məqsədə xidmət etdiyini vurğulayıb. Əlavə edib ki, bu platforma hər hansı digər format və ya təşəbbüsü əvəzləməyəcək.

“Əksinə, mən düşünürəm ki, bu, regionda uzunmüddətli sülh və sabitliyin yaradılması imkanlarını daha da gücləndirəcək, çünki mən bir daha vurğulamaq istəyirəm ki, sülh və sabitlik olmadan güclü iqtisadiyyata, uzunmüddətli iqtisadi böyüməyə və xalqlarımızın firavanlığına nail olmaq mümkün deyil”, - deyə hökumət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR