Qazaxıstan səfiri: “KTMT missiyası işini uğurla başa vurdu”

Serjan Abdıkərimov

© APA | Serjan Abdıkərimov

# 12 yanvar 2022 15:38 (UTC +04:00)

Qazaxıstan hüquqi cəhətdən əsaslı olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yardım üçün müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təxminən 2,5 min KTMT sülhməramlısı Qazaxıstandadır.

Səfir qeyd edib ki, müvafiq qərar qəbul edilərkən Almatı şəhərinin itirilməsi təhlükəsi olub. O vurğulayıb ki, Almatının itirilməsi dövlətin itirilməsi demək idi.

Diplomat bildirib ki, Qazaxıstanda dövlət çevrilişi cəhdi baş tutmayıb. Serjan Abdıkərimov əlavə edib ki, ölkənin iqtisadi siyasətində heç bir dəyişiklik olmayacaq, bütün investisiyalar qorunacaq.

Səfir onu da diqqətə çatdırıb ki, KTMT missiyası işini uğurla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR