Qazaxıstan səfirliyi Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyinə başsağlığı verib

Qazaxıstan səfirliyi Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyinə başsağlığı verib
# 30 yanvar 2023 15:44 (UTC +04:00)

Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumla bağlı ölkəmizin Moskvadakı diplomatik nümayəndəliyinə nota göndərib.

APA-nın Moskva müxbiri xəbər verir ki, notada bildirilib ki, Qazaxıstanın Rusiyadakı Səfirliyi baş vermiş silahlı hücum
nəticəsində həyatını itirmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış Vasif Tağıyev və Mahir İmanova isə şəfalar diləyir.

Bundan əlavə qeyd olunub ki, dinc insanlara, o cümlədən xaricdə diplomatik xidmətdə olan şəxslərə qarşı istənilən silahlı hücum beynəlxalq hüququn prinsiplərinə və insan mənəviyyatına ziddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR