Qazaxıstan XİN rəhbəri: Xəzər regionunun tranzit-nəqliyyat potensialının istifadəsi üçün dialoqa hazırıq

Qazaxıstan XİN rəhbəri: Xəzər regionunun tranzit-nəqliyyat potensialının istifadəsi üçün dialoqa hazırıq
# 25 noyabr 2022 16:20 (UTC +04:00)

Qazaxıstan Xəzər regionunun tranzit-nəqliyyat potensialının istifadəsi üçün dialoqa hazırdır.

APA xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin Aktauda keçirilən 2-ci üçtərəfli görüşündə deyib.

“Qazaxıstanın mövqeyi bütün Xəzər regionunun tranzit-nəqliyyat potensialının daha dolğun açılması üçün konstruktiv qarşılıqlı fəaliyyətə və açıq dialoqa uyğunlaşdırılıb”, - Qazaxıstan XİN rəhbəri deyib.

İclasda çıxış edən Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı naziri Uskenbayev iştirakçıların diqqətini yükdaşımanın artdığı Transxəzər dəhlizinin gələcək inkişafı ilə bağlı konkret qərarların qəbul edilməsinin zəruriliyinə yönəldib. "Cari ilin 10 ayında 1,5 milyon tona yaxın yük daşınıb ki, bu da ötən ilin göstəricilərindən 2 dəfə çoxdur", - K.Uskenbayev bildirib.

İclasda Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri və nəqliyyat nazirləri iş şəraitinin modernləşdirilməsi yolu ilə beynəlxalq nəqliyyat marşrutlarının sürətli inkişafı üçün tədbirlər kompleksinin işlənib hazırlanmasına dair bir sıra məsələləri müzakirə ediblər və bu sahədə əməkdaşlığın gücləndirilməsi üçün əməli addımlar atmaq barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR