Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb
# 14 mart 2023 15:45 (UTC +04:00)

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.

APA xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Qazaxıstanda Məclis (parlamentin aşağı palatası) və Maslixatlara (yerli idarəetmə qurumları) növbədənkənar seçkilərlə əlaqədar olaraq, Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılıb.

Səfirin sözlərinə görə, Azərbaycanda yaradılmış məntəqədə ölkəmizdə daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik şəxslər səs verə biləcəklər.

Diplomat əlavə edib ki, seçki məntəqəsi lazımi avadanlıqlarla təchiz edilib.

Qeyd olunub ki, seçkilərlə bağlı səsvermə mart ayının 19-da, bazar günü, saat 07:00-dən 20:00-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR