Qebreyesus Azərbaycanın ÜST-ə verdiyi könüllü maliyə töhfələrinə görə təşəkkür edib

Tedros Adhanom Qebreyesus

© APA | Tedros Adhanom Qebreyesus

# 16 iyun 2022 17:54 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycana səfərindən məmnunluğunu bildirib və COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyətə görə təbriklərini çatdırıb.

APA xəbər verir ki, o, bu barədə Prezident İlham Əliyevin qəbulu zamanı deyib.

Baş direktor eyni zamanda, pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə təşəkkürünü bildirib.

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR