Qətərli nazir Azərbaycan səfirinin etimadnaməsinin surətini qəbul edib

Qətərli nazir Azərbaycan səfirinin etimadnaməsinin surətini qəbul edib
# 26 yanvar 2023 15:10 (UTC +04:00)

Qətərin Xarici İşlər üzrə Dövlət Naziri Sultan bin Saad Əl Muraixi Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Mahir Əliyevin etimadnaməsinin surətini qəbul edib.

APA xəbər verir ki, bu barədə Qətər XİN-in mətbuat xidməti məlumat yayıb.

“Xarici İşlər üzrə Dövlət Naziri səfirə vəzifəsində uğurlar arzulayıb, iki dost ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha sıx əməkdaşlığa yüksəldilməsi üçün hər cür dəstəyi göstərəcəyini əmin edib”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR