QH Parlament Şəbəkəsində Fələstin Komitəsinin yaradılması təklif olunub

Fouzi Salim

© APA | Fouzi Salim

Foto al #
# 01 iyul 2022 11:34 (UTC +04:00)

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində Fələstin Komitəsinin yaradılması təklif olunub.

APA xəbər verir ki, bu barədə Liviya Parlamentinin vitse-spikeri Fouzi Salim çıxışında deyib.

O qeyd edib ki, qlobal ictimaiyyət problemlərlə, çətinliklərlə üzləşir və bunlar QH-nin üzv ölkələrindən də yan keçmir:

“Bu, vahid parlament birliyinin yaranmasına ehtiyac doğurub. Biz Parlament Şəbəkəsi çərçivəsində öz hədəflərimizi qoyacaq və bu istiqamətdə birgə çalışacağıq. Şəbəkə dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipi əsasında demokratiya, insan hüquqları istiqamətində də işləyəcək”.

O bildirib ki, Liviya illər ərzində müharibədən, terrordan əziyyət çəkib:

“Öhdəmizə düşən məsuliyyət odur ki, biz parlamentarilər səylərimizi gücləndirək, bu şəbəkə beynəlxalq platformada söz sahibi olsun, rol oynasın. Biz Liviya olaraq bu təşəbbüsü dəstəkləyirik. Bu birlik mühüm platformadır. Şəbəkəmiz ədalətə, zəif dövlətlərin problemlərinin həllinə töhfə verə bilər. Parlament Şəbəkəsi dəyişikliklər istiqamətində böyük rol oynamalı, QH-nin prinsip və hədəflərin reallaşması istiqamətində görülən işləri də monitorinq etməlidir. Biz QH-nin BMT Baş Assambleyasında rolunu və nüfuzunu gücləndirməli, müştərək əməkdaşlığı gücləndirməyə nail olmalıyıq”.

Fouzi Salim çıxışında Fələstinlə bağlı Komitənin yaradılmasını da təklif edib.

“Əlavə olaraq təklif edirik ki, biz Parlament Şəbəkəsində Fələstinlə bağlı komitə yaratmalıyıq və bu Fələstin Komitəsi adlanmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR