Qırğız Respublikası XİN Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib

Qırğız Respublikası XİN Böyük Britaniyadakı Azərbaycan  səfirliyinə hücumu pisləyib
# 05 avqust 2022 20:34 (UTC +04:00)

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, - deyə bəyanatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR