Qırğızıstan Azərbaycanla Ermənistan arasında dialoqu dəstəkləyir

Kayrat Osmonaliyev

© APA | Kayrat Osmonaliyev

# 21 dekabr 2021 13:08 (UTC +04:00)

“Qırğızıstanın təklif etdiyi “5+3” (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkəsi) formatı ilə bağlı Cənubi Qafqazdakı 3 ölkədən yalnız birinin mövqeyini hələ bilmirik”.

APA-nın məlumatına görə, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfir deyib ki, gələn ilin yaz aylarında “5+3” formatı ilə bağlı ekspertlər səviyyəsində Bakıda konfrans keçirmək niyyətindədirlər: “Bu konfransa Rusiya, İran, Türkiyə və Çindən də ekspertlər dəvət etmək istəyirik”.

Kayrat Osmonaliyev qeyd edib ki, regionda postmüharibə dövründə çox pozitiv dinamika görünür: “Bu, bizdə optimizm yaradır. Azərbaycanla Ermənistan arasında dialoqun davam edəcəyinə əminik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR