Qırğızıstan Prezidenti Azərbaycana gəlir

Sadır Japarov

© APA | Sadır Japarov

# 18 aprel 2022 12:26 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfər edəcək.

APA 24.kg-a istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev deyib.

Onun sözlərinə görə, səfər 19-20 aprel tarixlərində baş tutacaq.

Qırğızıstan Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan və Qırğızıstan dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər.

Bundan başqa, Azərbaycanla Qırğızıstan arasında Strateji Əməkdaşlıq barədə Bəyannamə, həmçinin, Dövlətlərarası Şuranın yaradılması haqda Memorandumun imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR