Qırğızıstan Prezidenti Azərbaycana səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov

© APA | Qırğızıstan Prezidenti Sadır Japarov

# 21 dekabr 2021 12:49 (UTC +04:00)

“Azərbaycan və Qırğızıstan arasında Strateji tərəfdaşlıq haqqında saziş üzərində iş gedir”.

APA-nın məlumatına görə, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfir deyib ki, noyabrın 12-də Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşü keçirilib: “Gələn ilin aprel-may aylarında Qırğızıstanın Prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfər zamanı Strateji tərəfdaşlıq haqqında saziş də imzalanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR