Qırğızıstan Prezidentinin müşaviri: "Azərbaycan böyük türk dünyasının mühərriki rolunu oynayır"

Qırğızıstan Prezidentinin müşaviri: "Azərbaycan böyük türk dünyasının mühərriki rolunu oynayır" 
  • Clock-gray 17:50
  • calendar-gray 09 Oktyabr 2019

"Azərbaycan böyük türk dünyasının mühərriki rolunu oynayır".

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Qırğızıstan Prezidentinin müşaviri Sultan Rayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Avrasiya inteqrasiya prosesinin Altay vektorunda rolu böyükdür: "Çünki Azərbaycan da digər türkdilli xalqlar kimi kökünü Altaydan götürür. Məlumdur ki, bütün türk xalqlarının kökü Altaydan gəlir. Azərbaycan isə başlanğıcını Altaydan götürən nəhəng türk dövlətidir. Hesab edirəm ki, sizin ölkəniz bu gün böyük türk dünyasının, türk mədəniyyətinin mühərriki rolunu oynayır".

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasında Avrasiya inteqrasiya prosesində türk xalqlarının rolu, kökünü Altaydan götürən xalqların Rusiya mədəniyyətinə, xalqlararası münasibətlərə və dövlət siyasətinə təsiri mövzusunda dəyirmi masa keçirilib. Türkdilli dövlətlərin səfirlərinin, Dövlət Dumasının deputatlarının və tanınmış siyasi ekspertlərin iştirakı ilə keçirilən "Avrasiya inteqrasiya prosesində Altay vektoru" adlı dəyimi masada türk xalqlarının ümumilikdə inteqrasiya prosesinə təsirindən söhbət açılıb. Altay dil ailəsinə malik qohum xalqların sosial-etno mədəni əlaqələrinin Avrasiya sivil məkanında genişlədnirilməsi və dərinləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date