Qlobal Bakı Forumunun 53 ölkədən 400-ə qədər iştirakçısı olacaq - VİDEO

Qlobal Bakı Forumunda mətbuat konfransı

© APA | Qlobal Bakı Forumunda mətbuat konfransı

# 15 iyun 2022 17:32 (UTC +04:00)

IX Qlobal Bakı Forumunda qlobal gündəlikdə olan məsələlər müzakirə ediləcək.

APA xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüklərini bildirən İsmail Serageldin deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda aparılacaq müzakirələr nəticəsində qlobal gündəlikdə olan məsələlərlə bağlı faydalı təkliflərin irəli sürüləcəyinə inanır.

Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının, gənc liderlərin iştirak etdiyini nəzərə çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri pandemiya ilə əlaqədar Forumun ənənəvi olaraq keçirildiyi zamanda dəyişiklik olduğunu, növbəti Forumun gələn il martın ortalarında baş tutacağına inandığını söyləyib.

Mətbuat konfransında çıxış edən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev Forumun təşkilinə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib. Onun sözlərinə görə, Qlobal Bakı Forumu qlobal sülh, rifah üçün müzakirələr aparır.

“Exxon-Mobil” şirkətinin sabiq vitse-prezidenti Jean Baderşnayder çıxışında bildirib ki, bu Forum unikal bir vaxtda – bəşəriyyət münaqişə və pandemiya ilə üzləşdiyi bir zamanda baş tutur.

Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko çıxışında deyib ki, o, yenidən Bakıda olduğu üçün şaddır: “Forumda gənc liderlərin iştirakı çox vacibdir. Biz onların insan haqları, demokratiya, iqlim dəyişikliyi, iqtisadiyyatla bağlı təkliflərini, fikirlərini eşidə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR