Qoşulmama Hərəkatı Gənclər Sammitinin Şuşa sessiyasında yekun sənədlər qəbul olunacaq

Qoşulmama Hərəkatı Gənclər Sammitinin Şuşa sessiyasında yekun sənədlər qəbul olunacaq
# 29 iyul 2022 14:11 (UTC +04:00)

Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə Şuşada sessiya keçirilir.

APA xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə bildirib ki, sessiya çərçivəsində "Şuşa akkordu" adlanan sənədlər qəbul ediləcək.

O qeyd edib ki, Qoşulmama Hərəkatının əsas prinsipi üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörməti və ərazi bütövlüyünün toxunulmazlığıdır: “Əlbəttə Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri də bu prinsipi əsas tutur və Gənclər Şəbəkəsinin də əsas baza prinsipi budur. Keçirilən mədəni tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı məlumatlar verilib. Ümid edirik ki, qonaqlar Azərbaycandan xoş xatirələrlə ayrılacaqlar”.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarə Heyətinin sədri Məftun Abbasov isə deyib ki, bu gün Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkədən gənclərin Şuşada da belə bir tədbirdə iştirakı qürurvericidir.

O bildirib ki, gənclərə ermənilərin törətdiyi vandalizm, eyni zamanda, aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

“Tədbirə Şuşa şəhərinin ev sahibliyi etməsindən məmnunluq duyuruq”, - Məftun Abbasov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR