Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycan səfirliyinə edilən hücumu pisləyir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycan səfirliyinə edilən hücumu pisləyir
# 27 yanvar 2023 23:25 (UTC +04:00)

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı 27 yanvar 2023 tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu pisləyən bəyanat qəbul etmişdir.

APA xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

“27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın olub. Hadisə nəticəsində səfirliyin əməkdaşlarından biri həlak olub və iki nəfər yaralanıb. Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyir, mərhumun ailə üzvlərinə və yaxınlarına və Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır, hadisənin qərəzsiz və hərtərəfli araşdırılmasına və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırır", - təşkilatdan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR