Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının açılış mərasimi keçirilib - YENİLƏNİB

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransı

© APA | Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransı

# 30 iyun 2022 11:37 (UTC +04:00)

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, konfransın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları müəyyənləşib.

Konfransda təşkilatın rəsmi loqosu və bayrağı təsdiqlənib.

Daha sonra Bakı Bəyannaməsi qəbul olunub, Azərbaycan parlamentinin sədri Şəbəkənin qarşıdakı 3 il üçün sədri seçilib.

***

saat 11.00

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı başlayıb.

APA-nın xəbərinə görə, konfransda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.

Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçiləri iştirak edir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcək.

Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərində olacaq, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR