“Burada bölgə üçün əsaslı sülhün təməlinin qoyulmasını müzakirə edirik”.
APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda proqramda 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Rosen Plevneliyev deyib.
O, inkişafın sülh danışıqlarından keçdiyini bildirib.
“Burada yüzlərlə kilometr evlərin dağıdıldığını görürük. Artıq bəzi yerlər bərpa edilir. Biz buna sevinirik”, - o deyib.
Fuad Sadıqov