Rumen Radev: Yunanıstan-Bolqarıstan İnterkonnektoru Avropa üçün strateji əhəmiyyətə malikdir

Rumen Radev: Yunanıstan-Bolqarıstan İnterkonnektoru Avropa üçün strateji əhəmiyyətə malikdir
# 30 sentyabr 2022 16:41 (UTC +04:00)

“Çox əlamətdar bir hadisəyə şahidlik edəcəyik. Biz Yunanıstan-Bolqarıstan qaz İnterkonnektorunun açılışını edəcəyik”.

APA xəbər verir ki, bunu sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev bildirib.

O deyib ki, bu, həm bizim üçün, həm Avropa qitəsi üçün strateji əhəmiyyətə malik bir layihədir:

“Çünki bununla Avropanın enerji xəritəsini yenidən cızırıq. Biz artıq Azərbaycandan real olaraq təbii qaz alacağıq. Bu da təbii ki, bizim təminatı və təchizatı şaxələndirəcəkdir.

Biz enerji sahəsində əməkdaşlığımıza çox böyük əhəmiyyət və çox böyük önəm veririk. Amma, əlbəttə, biz görüşümüzdə təkcə enerji sahəsini deyil, digər strateji sahələri də müzakirə edəcəyik. İnnovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu və təbii ki, mədəniyyət, elm sahələri də buraya daxildir. Bunlar da bizim əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR