Rumıniya Baş nazirinin sabiq müavini Azərbaycana təşəkkür edib

Rumıniya Baş nazirinin sabiq müavini Azərbaycana təşəkkür edib
# 16 iyun 2022 18:30 (UTC +04:00)

“Regionumuzun enerji təhlükəsizliyini təmin etdiyinə görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm”.

APA-nın xəbərinə görə, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Enerji təhlükəsizliyinə cari təhlükələr: Onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” mövzusunda paneldə Rumıniyanın Baş nazirinin sabiq müavini (2018-2019-cu illər), Rumıniya Parlamentinin üzvü Ana Birçall bildirib.

Ana Birçall deyib ki, Azərbaycan sadiq tərəfdaşdır: “Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizi ilə ixracı artırmağa hazırıq. Bu, bizə dəstəkdir və bizimlə Azərbaycan arasında strateji əməkdaşlığın əsaslarını yaradır”.

Ana Birçall qeyd edib ki, Cənub Qaz Dəhlizi strateji bir layihədir: “Rumıniya ilə Bolqarıstanın qaz kəmərlərinin bağlanması Rumıniyanın enerji təhlükəsizliyini təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR