Rumıniyalı nazir: "Azərbaycanla bir sıra sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik"

Rumıniyalı nazir: "Azərbaycanla bir sıra sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindəyik"
# 23 iyun 2022 11:58 (UTC +04:00)

"İstəyirik ki, Azərbaycanla tək energetika sahəsində deyil, digər sahələrdə də münasibətləri quraq".

APA xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın 6-cı iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, sosial xidmət, təhsil sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindədilər:

"Bu gün bir sıra Rumıniya şirkətləri Azərbaycana sərmayə qoyurlar, eləcə də Azərbaycan şirkətləri Rumıniyada enerji sektoruna investisiya yatırırlar. İstər energetika, istərsə də digər sahələrdə investisiya qoyuluşu qoymaq üçün geniş imkanlar var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR