Rus Pravoslav Kilsəsi: Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqa kömək etməyə hazırıq

Rus Pravoslav Kilsəsi: Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqa kömək etməyə hazırıq
# 17 sentyabr 2022 10:41 (UTC +04:00)

Rus Pravoslav Kilsəsi Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması istiqamətində səylərini davam etdirməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin sədri, Volokolamsk mitropoliti Antoniy Sevryuk RİA Novosti-yə müsahibəsində bildirib.
“Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşdük. Digər məsələlərlə yanaşı, birlikdə nə edə biləcəyimizi müzakirə etdik. Mən vurğuladım ki, Rus Pravoslav Kilsəsi münaqişə tərəfləri arasında dialoqun qurulmasında iştirakda davam etməyə və Azərbaycan və Ermənistanın dini liderləri ilə birlikdə vəziyyətin dinc məcraya qayıtmasını təmin etmək üçün səylər göstərməyə hazırdır”, o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR