Rusiya-Azərbaycan-Ermənistan Üçtərəfli İşçi Qrupunun iclası bu həftə baş tuta bilər

Rusiya-Azərbaycan-Ermənistan Üçtərəfli İşçi Qrupunun iclası bu həftə baş tuta bilər
# 30 may 2023 12:34 (UTC +04:00)

Bu həftə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin Üçtərəfli İşçi Qrupunun iclası keçirilə bilər.

APA xəbər verir ki, bunu Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, işçi qrupların görüşü çərçivəsində yalnız regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq, gündəlikdə digər məsələlər yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR