Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır

Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
# 27 yanvar 2023 16:23 (UTC +04:00)

Rusiya tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Sergey Lavrovun himayəsi ilə görüşünü keçirməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Bakı və İrəvana da məlumat verilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Güman edirik ki, dövri olaraq yerdə vəziyyətin çətinləşməsi danışıqlar prosesinin dayandırılmasına, dondurulmasına səbəb olmamalıdır. Nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh müqaviləsi daxil olmaqla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bütün treklərdə işin tezliklə bərpa olunması vacibdir”, - XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR