Rusiya Azərbaycanın Ukrayna məsələsində sərgilədiyi mövqeyi yüksək qiymətləndirib

Rusiya Azərbaycanın Ukrayna məsələsində sərgilədiyi mövqeyi yüksək qiymətləndirib
# 25 aprel 2022 11:29 (UTC +04:00)

Moskva Bakı və İrəvanın Ukrayna ilə bağlı ölçülü mövqeyini qeyd edir - hətta görünməmiş xarici təzyiq və anti-Rusiya kampaniyası şəraitində belə tərəfdaşlar milli maraqlara əsaslanan siyasət yürüdürlər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.

"Ukrayna ətrafındakı vəziyyətlə bağlı azərbaycanlı və erməni tərəfdaşlarımızın ölçülü mövqeyini və bununla bağlı Qərbin misli görünməmiş anti-Rusiya kampaniyasını qeyd edirik. Biz Azərbaycan və Ermənistan rəhbərliyinin xarici qüvvələrin hansı təzyiqi ilə üzləşdiyini yaxşı bilirik. Biz Bakı və İrəvanın xarici siyasət yürüdərkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmalarını yüksək qiymətləndiririk”, - deyə rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR