Rusiya səfiri KTMT-nın Qazaxıstanda həyata keçirdiyi əməliyyatdan danışıb

Rusiya səfiri KTMT-nın Qazaxıstanda həyata keçirdiyi əməliyyatdan danışıb
# 26 yanvar 2022 11:45 (UTC +04:00)

"Qazaxıstanda baş verənlərlə bağlı Prezident Tokayev KTMT-nin iclasında ətraflı şəkilə məlumat verib. Bu iqtisadi məslələrlə bağlı etiraz idi, lakin sonra bu məsələ ikinci plana keçdi və ölkədə iğtişaşlar başladı".

APA-nın məlumatına görə, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda həyata keçirdiyi əməliyyata toxunub.

“KTMT-nin üzvü olaraq Qazaxıstan blokun razılaşmasındakı müvafiq bəndə uyğun olaraq yardım istədi. Ora göndərilən KTMT qüvvələri strateji və humanitar əhəmiyyətli obyektləri mühafizə edirdi. Ölkədə vəziyyət sabitləşdikdən sonra ora göndərilən qüvvələr Qazaxıstanı tərk etdi. Rusiya ilə yanaşı digər qonşu ölklərə də Qazaxıstana dəstək verdi.

Səfir bildirib ki, KTMT-nın Qazaxıstana köməyi lazım idi və məsələ koordinasiyalı şəkildə həll olunub.

Boçarnikov yekun nəticə olaraq KTMT-nın operativ şəkildə çətinliklərə cavab verə biləcəyini nümayiş etdirdiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR