Rusiya və Ermənistan XİN rəhbərləri gələn həftə Moskvada görüşəcək

Rusiya və Ermənistan XİN rəhbərləri gələn həftə Moskvada görüşəcək
# 16 mart 2023 17:04 (UTC +04:00)

Martın 20-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçiriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşündə ikitərəfli münasibətlər müzakirə olunacaq:

“Əlbəttə ki, Laçın yolu ətrafındakı vəziyyətin nizamlanması və ümumilikdə Qarabağ ətrafındakı vəziyyət daxil olmaqla regional problem, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi müzakirələrin mərkəzində olacaq. Ümid edirik ki, qarşıdan gələn görüş İrəvanla dialoqun keyfiyyətinin təkmilləşdirilməsinə və Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin möhkəmlənməsi işinə yardım edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR