Rusiya XİN: ABŞ-la Ukrayna ilə bağlı danışıqlar aparmırıq

Rusiya XİN: ABŞ-la Ukrayna ilə bağlı danışıqlar aparmırıq
# 08 noyabr 2022 15:25 (UTC +04:00)

Moskva ABŞ-la Ukrayna ilə bağlı danışıqlar aparmır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Xeyr, biz onlarla danışıqlar aparmırıq”, - Rudenko bununla bağlı müvafiq sualı cavablandırıb.

Qeyd edək ki, Qərb mətbuatı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdüyünə dair məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR