Rusiya XİN: Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə komissiya tezliklə yaradıla bilər

Rusiya XİN

© APA | Rusiya XİN

# 29 dekabr 2021 15:29 (UTC +04:00)

Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA “Novosti”yə açıqlamasında deyib.

“Noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üçün Rusiyanın vasitəçi dəstəyi ilə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Bu komissiyasının tezliklə yaradılacağını gözləyirik. Bu razılaşmanın icrasının reallaşmasında yüksək səviyyədə keçilməz sədlərin olduğunu düşünmürük. Rusiya may ayında Azərbaycan-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində gərginliyin artdığı zaman vasitəçi kimi çıxış edərək Azərbaycanla Ermənistan arasında müvafiq danışıqlar prosesinin başlanması məsələsini təklif edib”, - A. Rudenko vurğulayıb.

XİN başçısının müavini qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhəd problem sovet dövründən qalıb: “Qeyd etməliyəm ki, insidentlərin Rusiya sülhməramlılarının məsuliyyət zonasına birbaşa aidiyyəti yoxdur. Problem sovet dövründən qalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR