Rusiya XİN: Bakıda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı həftəsonuna kimi təmaslar planlaşdırılıb

Rusiya XİN: Bakıda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı həftəsonuna kimi təmaslar planlaşdırılıb
# 28 aprel 2022 15:24 (UTC +04:00)

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu həftənin sonuna kimi təmaslar planlaşdırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“O ki qaldı sərhəd məsələsinə, bu həftənin sonuna kimi Bakıda Xarici İşlər Nazirliyinin xətti ilə təmaslar planlaşdırılıb. Biz mütləq bununla bağlı əlavə məlumat verəcəyik”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova yaxın vaxtlarda Cənubi Qafqaz regionunda kommunikasiyaların, iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun növbəti iclasının keçirilməsinin tərəflərlə razılaşdırıldığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR