Rusiya XİN Bakının təkliflərini sülh sazişinin hazırlanması üzrə əsas götürür

Rusiya XİN Bakının təkliflərini sülh sazişinin hazırlanması üzrə əsas götürür
# 28 aprel 2022 15:55 (UTC +04:00)

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması üçün Bakının irəli sürdüyü təklifləri əsas götürür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi Bakı və İrəvana sülh sazişini hazırlamaqda kömək edərək Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması ilə bağlı baza prinsipləri təkliflərini istiqamət götürür.

“Xatırladım ki, bu təkliflər Bakıda hazırlanıb və İrəvan tərəfindən konstruktiv reaksiya alıb. Hesab edirik ki, bu təkliflər tərəflərin mövqelərinin razılaşdırılması ilə bağlı yaxşı əsasdır. Biz öz rolumuzu tərəflərin mövqelərini yaxınlaşdırmağa kömək etməkdə görürük, əksini etməkdə deyil. Bu, həm də bizim ictimai işimizə aiddir”, - Zaxarova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR