Rusiya XİN Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı son vəziyyəti açıqlayıb

Andrey Rudenko

© APA | Andrey Rudenko

# 29 dekabr 2021 16:26 (UTC +04:00)

Rusiya, Azərbaycan və Ermənistan Üçtərəfli İşçi Qrupu çərçivəsində birgə infrastruktur layihələrinin başladılması üçün parametrləri yekunlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA “Novosti”yə müsahibəsində bildirib.

"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində reallaşdırılan işlər arasında bu formatı açarlardan biri hesab edirik. Üç ölkə liderinin Soçidə razılığa gəldiyi kimi, birgə infrastruktur layihələrinin işə salınması üçün hazırda parametrlər yekunlaşdırılır”, - deyə nazir müavini bildirib.

Andrey Rudenkonun sözlərinə görə, Rusiyanın yanaşması ondan ibarətdir ki, müvafiq qərarlar yalnız Bakı ilə İrəvan arasında konsensus olduqda dayanıqlı ola bilər: “Ona görə də biz Azərbaycan və Ermənistan tərəflərinin maraqlarının balanslaşdırılmış vahid “paket”də təmin edilməsini dəstəkləyirik”.

O qeyd edib ki, bu mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması məsələləri, o cümlədən regionda həm dəmir yolu, həm də avtomobil kommunikasiyalarının bərpası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR