Rusiya XİN Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin hansı halda bərqərar olacağını açıqlayıb

Rusiya XİN Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin hansı halda bərqərar olacağını açıqlayıb
# 21 yanvar 2022 13:11 (UTC +04:00)

Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması prosesinə iştirak etmək istəyən tərəflər antaqonist oyun prinsipindən çıxış etməməlidir.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında xarici işlər naziri Sergey Lavrovun ötən ilin yekunlarına dair illik mətbuat konfransında KİV-lərin göndərdiyi suallara yazılı cavablarda bildirilib.

Qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi prosesinə qoşulmaq istəyən hər kəs antaqonist oyun prinsipini ilə hərəkət etməməli, tərəflərin maraqlarından çıxış etməli və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli sazişləri nəzərə almalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR