Rusiya XİN delimitasiya üzrə ikitərəfli komissiyanın işini vacib sayır

Rusiya XİN delimitasiya üzrə ikitərəfli komissiyanın işini vacib sayır
# 22 iyun 2022 13:45 (UTC +04:00)

Azərbaycanla Ermənistanın ayrı-ayrı sərhədyanı rayonlarında vaxtaşırı baş verən insidentlər, problemlər sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın planlı və müntəzəm işinin aktuallığını və vacibliyini təsdiq edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz delimitasiya ilə bağlı ikitərəfli komissiyanın ikinci iclasını ən yaxın vaxtda Moskvada keçirməyə hazırıq. Bildiyiniz kimi, tərəflər ikinci iclasın Moskvada keçirilməsi barədə mayın 24-də razılaşıblar. Əlbəttə ki, sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi ilə bağlı addımların atılması vacibdir”, - Rusiya XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR