Rusiya XİN-in xüsusi nümayəndəsi Paşinyanla Azərbaycanla normallaşmanı müzakirə edib

Rusiya XİN-in xüsusi nümayəndəsi Paşinyanla Azərbaycanla normallaşmanı müzakirə edib
# 09 fevral 2023 17:30 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Ermənistanda səfərdədir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşdə üçtərəfli bəyanatların icrası müzakirə edilib, Laçın yolunda vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Onlar həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər.

Qeyd edək ki, İqor Xovayev sonuncu dəfə ötən ilin noyabr ayında Ermənistanda səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR