Rusiya XİN-in xüsusi nümayəndəsi Paşinyanla Azərbaycanla normallaşmanı müzakirə edib

İqor Xovayev - Nikol Paşinyan

© APA | İqor Xovayev - Nikol Paşinyan

# 10 may 2023 17:13 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, Laçın yolunda və Qarabağdakı vəziyyətə, habelə regional kommunikasiyaların açılmasına dair məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR