Rusiya XİN sülhməramlıların Aİ-nin Ermənistandakı missiyasına reaksiya verəcəklərinə dair xəbərdarlıq edib

Rusiya XİN sülhməramlıların Aİ-nin Ermənistandakı missiyasına reaksiya verəcəklərinə dair xəbərdarlıq edib
# 26 yanvar 2023 17:48 (UTC +04:00)


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda yerləşdiriləcək Avropa İttifaqının (Aİ) mülki missiyası ilə bağlı xəbərdarlıq edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatda bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Aİ-nin müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafına uyğun reaksiya verəcək.

Rusiya XİN əminliyini ifadə edib ki, yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti, habelə Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçiləri olaraq qalır.

“Onlar Aİ müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafını nəzərə alaraq cavab verəcəklər", - əlavə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR