Rusiyalı senator: Bakı ilə İrəvan il ərzində və ya daha tez sülh barədə razılığa gələ bilər

Rusiyalı senator: Bakı ilə İrəvan il ərzində və ya daha tez sülh barədə razılığa gələ bilər
# 26 may 2023 18:05 (UTC +04:00)

İrəvan və Bakı il ərzində və ya daha tez sülh barədə razılığa gələ bilər, proses effektiv gedir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sergey Tsekov bildirib.

Onun sözlərinə görə, ölkələrin liderləri sülh sazişi üzrə razılaşmağı səmimiyyətlə istəyirlər və Rusiyanın vasitəçi rolu ən həlledici rollardan biridir.

"Bəzi daxili nüanslar əlavə müzakirə tələb edir. Rusiya vasitəçiliyinin köməyi ilə lazımi kompromislər əldə edilir"-, deyə rusiyalı senator vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR