Şahbaz Şərif: Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək

Şahbaz Şərif: Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək
# 27 may 2023 23:35 (UTC +04:00)

Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda bildirilib.

Pakistanla Azərbaycan arasında sıx əməkdaşlığın xalqlarımızın qarşılıqlı rifahı naminə daha da genişlənəcəyinə əminliyini vurğulayan Baş nazir qeyd edib: “Bu baxımdan mən tezliklə gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm.

Mən, həmçinin bu fürsətdən istifadə edərək, müstəqil ölkənizin banisi Ulu Öndər Zati-aliləri Heydər Əliyevin bu yaxınlarda qeyd olunan yüzillik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. İnkişaf yolunda inamla irəliləyən bugünkü Azərbaycan həqiqətən də Heydər Əliyevin arzularının real həyatda təntənəsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR