Sahibə Qafarova ASEAN PA-nın 43-cü Baş Assambleyasının açılış mərasimində iştirak edib

Sahibə Qafarova ASEAN PA-nın 43-cü Baş Assambleyasının açılış mərasimində iştirak edib
# 21 noyabr 2022 14:51 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının (AİPA) iştirak etmək məqsədilə Kambocada səfərdədir. Noyabrın 21-də AİPA-nın 43-cü Baş Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova Kamboca tərəfinin dəvəti əsasında xüsusi qonaq qismində Assambleyada iştirak edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdə Kamboca Krallığı Milli Assambleyasının sədri, AİPA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin qonaqları salamlayıb.

Kamboca Krallığının Kralı Əlahəzrət Norodom Sihamoninin tədbir iştirakçılarına müraciəti oxunub.

Sonra Kamboca Krallığı Senatının sədri Vibolsena Fikdei Say Çum, Kamboca Krallığının Baş naziri və ASEAN-ın sədri Akka Moha Sena Padei Teko Hun Sen, Kamboca Krallığı Milli Assambleyasının sədri, AİPA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin çıxış etdikdən sonra təşkilati məsələlərin müzakirə olunduğu Birinci Plenar Sessiya keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR