Sahibə Qafarova Çili səfiri ilə görüşüb

Sahibə Qafarovanın Çilinin ölkəmizdəki səfiri ilə görüşü

© APA | Sahibə Qafarovanın Çilinin ölkəmizdəki səfiri ilə görüşü

# 08 iyun 2022 16:57 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verən xəbərə görə, spiker Azərbaycanla Çili arasında diplomatik əlaqələrdən, münasibətlərimizin hazırkı vəziyyətindən danışıb.

eyd olunub ki, Azərbaycan və Çili ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Həmçinin,bildirilib ki, hər iki ölkə Qoşulmama Hərəkatının üzvləridir və bu, əməkdaşlıq üçün vacib platformadır.

Spiker deyib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Çili Milli Konqresinin Senatında Azərbaycan parlamenti ilə dostluq qrupunun fəaliyyət göstərməsi təqdirəlayiqdir: "İnanırıq ki, yeni seçilmiş Deputatlar Palatasında da belə bir qrup formalaşacaq".

Milli Məclisin sədri qarşılıqlı təmasların, səfərlərin məlumatlılığın artırılması, xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından əhəmiyyətindən danışıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.

Görüşdə 44 günlük Vətən müharibəsindən danışan Sahibə Qafarova Azərbaycanın sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə regionda yeni reallıqlar yaranıb. Spiker inandığını bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək və tezliklə iki ölkə arasında sülh sazişi imzalanacaq.

Çilinin ölkəmizdəki səfiri Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, bu baxımdan bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını qeyd edib. Səfir ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR