Sahibə Qafarova İƏT Pİ-nin konfransında İranda Azərbaycan səfirliyinə qarşı terror aktı barədə məlumat verib

Sahibə Qafarova İƏT Pİ-nin konfransında İranda Azərbaycan səfirliyinə qarşı terror aktı barədə məlumat verib
# 30 yanvar 2023 20:45 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının "İslam dünyası: modernləşmə və inkişaf çağırışları" mövzusunda keçirilən 17-ci sessiyasında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən cınərə görə, spiker bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd edib.

Bu terror aktına görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü deyən spiker bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməli idi: "Biz bu terror aktını törədənlərin, eləcə də bu qanlı aktın sifarişçilərinin ən qısa zamanda müəyyən edilməsini və ən obyektiv şəkildə cəzalandırılmasını tələb edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR