Sahibə Qafarova İran Parlamentinin sədri ilə görüşüb - YENİLƏNİB - FOTO

Sahibə Qafarova İran Parlamentinin sədri ilə görüşüb - YENİLƏNİB  - FOTO
# 09 yanvar 2023 20:53 (UTC +04:00)

Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.

***

Saat 20:27

Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibafla görüşüb.

APA "IRIB NEWS" agentliyinə istinadən xəbər verir ki, görüş Asiya Parlament Assambleyasının XIII Plenar Sessiyası çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR