Sahibə Qafarova: “Regionda sülh və inkişaf üçün yeni imkanlar yaranıb”

Sahibə Qafarova: “Regionda sülh və inkişaf üçün yeni imkanlar yaranıb”
# 20 iyun 2022 12:19 (UTC +04:00)

2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyub. Nəticə etibarı ilə, milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün evsiz və işsiz qalmışdı.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qlobal Parlament Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, işğalın iqtisadi təsirlərinə baxmayaraq, Azərbaycan hökuməti onların bütün ehtiyaclarını qarşılayıb: “İşğal altında olan ərazilərin azad olunması regionda sülh və inkişaf üçün yeni reallıq və imkanlar yaradıb. Aparılan yenidənqurma işləri isə bu əraziləri yenidən ölkənin iqtisadiyyatına reinteqrasiya etməsinə yardım edəcək, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiya və biznes sahələri üçün cəlbedici edəcək”.

Spiker Avropa ilə Şərqin kəsişməsində yerləşən Azərbaycanın hər zaman dinamik miqrasiya məkanı olduğunu deyib.

“İqtisadi-sosial inkişaf, xarici investisiyanın cəlb edilməsi və energetika, nəqliyyat-loqistika və digər sahələrdə beynəlxalq layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan miqrasiya mənşəli ölkədən miqrasiya transferi və ünvanı ölkəsinə çevirilib”, - o bildirib.

Sahibə Qafarova əlavə edib ki, miqrasiya prosesinə təsir edən amillərdən biri də Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasıdır: “Beləliklə, miqrasiya prosesinin effektivli tənzimlənməsi çərçivəsində bizim prioritetimiz beynəlxalq hüquq və milli qanunvericiliyə əsaslanaraq miqrantların haqlarının qorunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR